“Mənim yerimə pul verə bilərsən?” – Ərdoğan Putindən soruşdubackend

"Mənim yerimə pul verə bilərsən?” - Ərdoğan Putindən soruşdu

Ərdoğan və Putin bir-birinə eyni zamanda müttəfiq, rəqib və düşməndir. Bəzi yerlərdə onlar cəbhənin müxtəlif tərəflərində dayanıblar. İndi bu sadə Alyans yeni sınaq qarşısında qalıb. Amma hələ ötən ilin yayında Ərdoğanın Moskvaya səfəri zamanı bu duetdə kimin birinci skripkaya oynadığı məlum olub.

Bu fikirləri Danimarkanın “Berlingske” nəşrinin əməkdaşı Karolina Kamil hazırladığı materialda yazıb.

KONKRET.az həmin yazını sizə təqdim edir.

“Ərdoğan və Putin bir-birinə eyni zamanda müttəfiq, rəqib və düşməndir. Səkkiz türk əsgərinin öldürülməsi bu çətin ittifaq üçün yeni bir sınaqdır.

Yarım ildən bir qədər əvvəl sosial şəbəkələrlə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında video sürətlə yayıldı.

Prezidentlər (hər ikisi qara eynəkdədir), Ərdoğanın hərbi texnikaya baxmaq üçün gəldiyi Rusiyada dondurma satılan yerdə dururlar. Mavi beysbol papaqlı bir satıcı onların hər birinə bir dondurma verir və Ərdoğan Putinə səslənir:

“Mənim üçün də ödəyəcəksiniz?”, – deyə qalın pul qabını silkələyən Putinə doğru çönür.

“Əlbəttə. Siz mənim qonağımsınız”, – Putin cavab verir və pulu piştaxtaya uzadır.

Suriya üsyançılarının son nəzarətində olan, ötən ilin aprelindən Rusiyanın dəstəklədiyi Əsəd rejiminin hava ilə fəal şəkildə bombalandığı İdlib əhalisi üçün bu video sanki arxadan vurulan zərbə idi.

Bundan əvvəl onlar Türkiyəni və xüsusilə Prezident Ərdoğanı rejimin təcavüzündən yeganə dostu və müdafiəçisi hesab edirdilər. İndi isə o, onları satıb, Rusiya ilə alyans naminə.

Türkiyənin Qərbdəki müttəfiqləri üçün də pis xəbər oldu. Ərdoğanın C-400 Rusiya raket sistemi almaq qərarı yalnız Türkiyənin daxil olduğu NATO alyansını sarsıtmaqla kifayətlənmədi, həm də bu ölkənin loyallığını böyük sual altına qoydu.

Türkiyənin Qərbə arxa çevirdiyini söyləməyə başladılar. Putinin və Ərdoğanın anti-Qərb mövqeyi əsasında ortaq dil tapdılar və ən yaxşı dost oldular.

Düşmənimin düşməni

Lakin reallıqda onların münasibətləri daha mürəkkəbdir.

Əlbəttə ki, prezidentlər anti-Qərb fikirlərini bölüşürlər və görünür, onların yaxşı şəxsi əlaqələri var. Lakin real siyasət sahəsində onların maraqları bir-birinə tez-tez ziddir və iki ölkənin praqmatik Alyansı dəfələrlə sınaqlara məruz qalır.

Ən ciddi sarsıntılardan biri ötən bazar ertəsi İdlibdə səkkiz türk əsgəri qətlə yetirilərkən baş verib. Bu rayonda Türkiyə hələ də bəzi müxalifət qruplarını dəstəkləyir.

Hücum Suriya diktatoru Bəşər Əsədin qoşunları tərəfindən həyata keçirilib.

Suriya hökuməti 1,5 mindən artıq mülki şəxsin həyatına son qoyuş, 3 milyon İdlib sakinindən yarım milyondan artıq insanın Türkiyə sərhədinə qaçmağa məcbur etmiş hava əməliyyatına başladığı vaxtdan bəri hadisələr adətən aşağıdakı sxem üzrə inkişaf edib: Əsəd hücum edir, türklər şikayət edir, Rusiya münaqişəyə müdaxilə edir. Sonra hər şey yenidən başlayır.

Artıq 4 milyona yaxın suriyalı qaçqını qəbul etmiş Ərdoğan üçün onların Türkiyəyə yeni axını siyasi kabus olardı.

Ancaq türk əsgərlərinin öldürülməsindən sonra münaqişə yeni səviyyəyə qalxdı.

Buna cavab olaraq, Türkiyə Rusiyaya mane olmaması üçün ən azı 13 Suriya əsgərini məhv etdi. O, həmçinin Suriyanın şimal-şərq hissələrinin Rusiya ilə birgə patrullaşdırılmasını da ləğv edib.

Hücum günü Ərdoğan Ukraynada səfərdə olub, Krımın Rusiyanın işğalını pisləyib və Ankaranın Kiyevlə “parlaq münasibətlərindən” məmnunluğunu bildirib.

Bu, provokasiyaya və Putinlə açıq münaqişəyə oxşayırdı. Amma hələ ki, bunun münasibətlərə nə dərəcədə təsir edəcəyi və Ərdoğanın bundan sonra da hərəkət edə bilib-bilməyəcəyi aydın deyil.

Ən zəif yeri

Suriya Ankara və Moskva Alyansı üçün çoxdandır ki, ən problemli mövzulardan biridir.

Beş il bundan əvvəl Türkiyə hərbçiləri Türkiyə sərhədinə yaxınlaşan Rusiya qırıcısını vurmuşdular.

Ərdoğan son zamanlar Əsədin İdlibdəki davranışından şikayətlənəndə, Moskva tez-tez “Dəməşqin etdiyi hər şeyə nəzarət etmək mümkün deyil”, – deyə cavab verir.

Liviyada getdikcə daha çox qanlı müharibədə Türkiyə və Rusiya da müxtəlif tərəflərə gəlib çıxdılar və çox şey göstərir ki, Rusiyanın da orada üstünlüyü var.

Bir ay əvvəl sülh müqaviləsi müzakirə olunanda, Rusiyanın dəstəklədiyi General Haftar Ərdoğanı qıcıqlandırmaq üçün sazişi imzalamaqdan imtina etdi.

İqtisadi baxımdan Ərdoğan da loyallığa görə haqq almır.

“Financial Times”ın məlumatına görə, Rusiyanın Ukraynadan yan keçməklə qaz nəqlinə imkan verən “Türk axını” yeni qaz kəmərinin tikintisinə razılıq verən Türkiyə, görünür, bunun üçün “Qazprom”a Almaniya ilə müqayisədə daha çox ödəyir.

Amma bu, o deməkdirmi ki, Ərdoğan Putinlə daha tez-tez münaqişəyə girəcək? Çətin.

Reallıq ondan ibarətdir ki, Türkiyənin Rusiyaya ehtiyacı var, həm qaz təchizatı, həm də ticarət sahəsində.

“Mənim üçün də ödəyəcəksiniz?”- Ərdoğan Putinə keçən ilin yayında dondurma almaq üçün belə bir sual vermişdi.

Bəlkə də, kiməsə elə gəldi ki, iki ən yaxşı dost sadəcə gəzintiyə çıxıb. Ancaq bu səhnə bizə onlardan hansının daha çox gücünün olmasından xəbər verir”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*