Mərakeşdə zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatdıbackend

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatdı

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb, 2400-dən çox insan yaralanıb.

KONKRET.az xəbər verir ki, bu məlumatı krallığın Daxili İşlər Nazirliyinə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.

Mərakeşdə zəlzələ sentyabrın 8-i axşam saatlarında baş verib. 7 bal gücündə olan yeraltı təkanların episentri Əl-Hövz əyalətində yerləşib.

Mərakeş kralı VI Məhəmməd fəlakət zonasında evsiz qalan bütün insanlara təc ili yardım göstərilməsini əmr edib. Ölkədə 3 günlük milli matəm elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*