Məşhur aktyor operatorunu güllələdiyi filmin heyətini MƏHKƏMƏYƏ VERDİbackend

Məşhur aktyor operatorunu güllələdiyi filmin heyətini MƏHKƏMƏYƏ VERDİ

Amerikalı aktyor Alek Bolduin çəkilişlər zamanı operator Qalina Hatçinsin öldüyü “Rust” filminin çəkiliş qrupunu məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, Bolduin çəkiliş qrupunun üzvlərini səhlənkarlıqda və çəkiliş meydançasında təhlükəsizliyi təmin etməməkdə ittiham edir.

İddialar filmin silah mütəxəssisi Hanna Qutyeres-Rid, rejissor köməkçisi Devid Hols, rekvizit meneceri Sara Zakri və setin silah-sursat təchizatçısı Set Kenniyə qarşıdır.

“Bu faciə güllələrin çəkiliş meydançasına gətirilməsi və silaha doldurulması səbəbindən baş verib”, – iddiada deyilir.

Məlumata görə, barəsində iddia qaldırılan şəxslər daha əvvəl günahlarını inkar ediblər.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında “Rust” filminə çəkilən zaman Alek Bolduin təsadüfən odlu silahdan atəş açıb. Nəticədə filmin operatoru Qalina Hatçins xəsarət alıb və o, daha sonra xəstəxanada dünyasını dəyişib.

Oktyabr ayında Alek Bolduin xanım Hatçinsin ailəsi ilə razılığa gəlib. Tərəflər bildirib ki, operator bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*