Məşhur müğənnidən gözlənilməz TƏKLİF: “Küçədəki itlərə zəhərli ət verin”backend

Məşhur müğənnidən gözlənilməz TƏKLİF: "Küçədəki itlərə zəhərli ət verin"

Türkiyənin pop ulduzu, müğənni, bəstəkar Yıldız Tilbenin küçədəki itlərin hücumu nəticəsində həyatını itirən və yaralanan insanlarla bağlı sosial media hesabında etdiyi paylaşım Türkiyə gündəmini silkələyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı paylaşım edən sənətçi bildirib ki,  “insanlara hücum edən küçədəki itlərə zəhərli ət verin, gəbərsinlər”.

İstanbul Heyvan Haqqları Mərkəzi isə sosial şəbəkədəki paylaşımı ilə məşhur müğənni Yıldız Tilbe haqqında cinayət işi başlandığını açıqlayıb.

Qeyd edək ki, Yıldız Tilbe uzun illərdir Türk pop- estrada və xalq musiqisinin məşhur simalarındandır. Müğənninin Azərbaycanda da xeyli sayda sevənləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*