Əfsanəvi futbolçu Lionel Messinin Çindəki fanatı kumirini qucaqlamaq üçün meydana qaçıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pekində Argentina ilə Avstraliya arasında keçirilən oyunda baş verib.
Belə ki, yayılan kadrlarda gənc oğlanın meydana girməsi, kumirini qucaqlaması, sonra isə mühafizəçilərdən qaçması əks olunub.
Qeyd edək ki, görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb və ilk qolu Lionel Messi vurub.
İqbal Rzayev,
KONKRET.az
