Lionel Messinin atası Xorxe Messi 68 yaşında Argentinanın Rosario şəhərində vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat verib.
İlkin məlumatlara görə, o, uzun müddət davam edən xəstəlikdən sonra gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Xorxe Messi oğlunun karyerasında mühüm rol oynayıb və uzun illər onun meneceri olub. İyunda ailə onun səhhətində problem olduğunu və tibbi nəzarət altında müalicə aldığını açıqlamışdı.
