Mətanət İsgəndərlinin gəlini ölkəni TƏRK ETDİ: “Övladlarımı ala bilmədim, bezdim”backend

Mətanət İsgəndərlinin gəlini ölkəni TƏRK ETDİ: “Övladlarımı ala bilmədim, bezdim”

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova ölkəni tərk edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Teleqraf.com-a Canana Həmidovanın özü məlumat verib:

“Avtomobilimi satdım, cihazlarımı da satışa çıxarmışam. Artıq mübarizədən bezdim, balalarımı ala bilmədim. Ölkəni tərk etdim. Stres yaşamaqdan xəstə düşdüm. Yenə də güclüyəm və ayaqdayam. Daha gözəl işlər edəcəyəm”.

Qeyd edək ki, yaxın günlərdə Canana Həmidova övladları ilə bağlı Ali Məhkəmənin qərar verdiyini və uşaqlarını aldığını açıqlamışdı.

O, Mətanət İsgəndərlinin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*