Metroda gedişhaqqı artacaq? – RƏSMİ AÇIQLAMAbackend

Metroda gedişhaqqı artacaq? – RƏSMİ AÇIQLAMA

“Hələ ki, “Bakı Metropoliteni” QSC gediş haqqının artması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.

KONKRET.az xəbər verir ki, bunu teleqraf-a  “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi qeyd edib ki, hazırda əsas məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərar verəcəyi halda bu ana hazır olmaqdır:

“İnfrasturkturu tam sağlam və hazır vəziyyətdə saxlamaq əsas vəzifəmizdir. Qalan məsələlərin heç biri əsas deyil. Çünki metro yerin altında çox mürəkkəb infrastruktura malik nəqliyyat vasitəsidir. Onu saxlamaq elə də asan başa gəlmir.

Hazırda bu mürəkkəb infrastrukturu saxlamaq ən vacib və mühüm vəzifələrdən biridir. Qiymət artımı ilə bağlı danışmaq hələlik tezdir. Onsuz da metro sərnişindaşıma fəaliyyətini yerini yetirmir”.

Bakı metrosunda QR-kod ödəniş sisteminin nə vaxt tətbiq olunmasına gəlincə, Bəxtiyar Məmmədov bununla bağlı mətbuatda yanlış məlumat getdiyini bildirib: “Baku Transit Forum 2021 Smart City” çərçivəsində keçirilən forumda “Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov çıxış etmişdi. Nədənsə onun çıxışında qeyd etmədiyi şeylər mətbuatda yayılmışdı. Guya metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edən zaman təmassız ödəniş tətbiq olunacaq. Halbuki qurum rəsmisi çıxışında elə fikir bildirməmişdi.

Hazırda bu istiqamətdə işlər aparılır. Amma bu sistemin konkret nə vaxt tətbiq olunacağı barədə danışmaq çox erkəndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*