Metronun “Cəfər Cabbarlı” stansiyası ilə bağlı ŞAD XƏBƏRbackend

Metronun "Cəfər Cabbarlı" stansiyası ilə bağlı ŞAD XƏBƏR

“Bakı Metropoliteni”nin “Cəfər Cabbarlı” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

KONKRET.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

“Stansiyada divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*