“Bakı Metropoliteni” nin “Gənclik” stansiyasında hadisə baş verib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov KONKRET.AZ – a bildirib ki, hərəkət edən qatarda vaqonun içində spesifik qoxu hiss olunub.
Qatarı metronun “Gənclik” stansiyasında yoxlayarkən, hər hansı bir problem aşkarlanmayıb və qatar yoluna davam edib.
Xüsusi qoxunun yaranmasına səbəb isə, xəttə verilən sınaq qatarının təkərindəki detalın sıxılaraq sürtünməsi olub.
Bəxtiyar Məmmədov bildirib ki, hər hansı bir problem yoxdur və hərəkət qrafiki davam edir.
Qurum rəsmisi sərnişinlərin tuneldə qalma hadisəsinin baş vermədiyini əlavə edib.
O. bildirib ki, bir-iki sərnişin baş verən hadisə ilə əlaqədar həyəcanlanıb və onlara ilkin yardım göstərilib.
