Meymunçiçəyindən artıq ÖLƏNLƏR VARbackend

Meymunçiçəyindən artıq ÖLƏNLƏR VAR

Son 10 gün ərzində dünyada meymunçiçəyindən iki yeni ölüm faktı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

“İyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77 faiz artım) və 2 ölüm faktı qeydə alınıb”, – hesabatda deyilir.

Bu günədək meymunçiçəyindən ölənlərin sayı üç nəfər təşkil edib. Hər üç ölüm Afrikada qeydə alınıb.

Qeyd edək ki, ÜST rəhbəri Tedros Gebreyesus ötən gün verdiyi açıqlamada 58 ölkədə 6 min nəfərin meymunçiçəyinə yoluxduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*