Meyxanaçı intihar edən bacısı oğlu haqda: “Kaş ki şəhid olardın” – FOTObackend

Meyxanaçı intihar edən bacısı oğlu haqda: "Kaş ki şəhid olardın" - FOTO

“Hələ də yoxluğuna inana bilmirəm!”

KONKRET.AZ xəbər verir ki, bunu tanınmış meyxanaçı sosial media hesabında yazıb.

O, bacısı oğlu Şamxalla birlikdə foto paylaşaraq, onun ölümündən dərin sarsıntı keçirdiyini dilə gətirib:

“Əsgər, gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda şəhid olmağı arzu edərdim. “Kaş ki şəhid olardın. Girərdik Şəhidlər Xiyabanına. Baxardıq ki, 100-lərlə 1000-lərlə oğlan yatır orada. Amma o təsirli olardı. Vətən sağ olsun! Yenə də başımız sağ olsun! Dostlar sağ olsun! İnanma səndən sonra dayın sağ olsun”. Yoxluğuna hələ də inana bilmirəm”.

Qeyd edək ki, yanvarın 19-da 21 yaşlı Niftəliyev Şamxal yaşadığı evdə səhər saatlarında özünü asaraq, intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*