Meyxanada şəriət, din, məzhəb təbliğatı…backend

Meyxanada şəriət, din, məzhəb təbliğatı...

Meyxanada şəriət, din, məzhəb təbliğatı…

…Daha hansı nəzarətsiz bölgələr mövcuddur?

Kül başlığımız həmişə bizi yıxıbdu,

Sünnilər həmişə şiyəni sıxıbdu

Vəhabilər də bu yannan çıxıbdu,

Bir az yayun şəriəti xalq içində…

Bu bəndi meyxana avazı ilə oxuyun. Və təsəvvür edin ki, bir beş yüz adam cəm olur ətrafınızda.

Meyxananı heç sevmirəm, əsla qəbul eləmirəm. Amma bu meyxananın olmaması, sevilməməsi anlamına gəlmir. Sirr də deyil ki, kor-koranə  cənuba dini rütbə ziyarətini, narkotikdən tövbə əməllərini bu şifahi xalq ədəbiyyatçıları arasında edənlər çoxdur.

Özümüzü aldatmayaq, ona görə bu çevrəyə saxta dindarlar, təriqətçilər və xarici xüsusi xidmət soxula bilib ki, aralarında cahilləri çoxdur, üstəlik etiraf etmək lazımdır ki, böyük dinləyici, azarkeş auditoriyaları var.

Məsələn, yuxarıda qeyd etdiyim bir bənd məşhur meyxanaçılardan birinə aiddir. Nəhəng auditoriyalara efirlər mırt sırıyanda, şəxsi həyat təbliğ edəndə, böyük auditoriyaları məhz onlar bu aşırı təbliğatla qamarlayıblar. Yəni hər yer təhlükə. Ciddi ictimai təbliğat maşını və böyük sürət lazımdır məmləkətə. Deməyim nədir? Bunu həm də təklif olaraq deyirəm.

Doxsanlarda daha çox əyalətdə, orta məktəblərdə ictimai əsaslarla, həftədə bir dəfə, din mütəxəssisləri ilə qeyri-dərs saatı olaraq, amma icbari sayılan şifahi islam dərsi tədris olunurdu. Xatırlayıram, bizim rayona Bakıda təhsil alan bir əfqan türkü müəllim olaraq göndərilmişdi.

Indi bu dərslərə yenə də xüsusən əyalətlərdə böyük ehtiyac var. Çünki, ailələrə, evlərə dolublar. Uşaqlara heç olmasa müqayisə və seçim imkanı verilə bilər beləcə. Və bir müqavimət sistemi yaranar bəlkə ölkədə qarşıdakı illərdə. Ayrıca bəzi “iman” sahibi meyxanaçıların da araşdırılmasında ölkədə ümumi işə fayda ola bilər bəlkə.

Jalə Mütəllimova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*