Məzahir Pənahov vəzifədən gedir? – ÖZÜ DANIŞDIbackend

Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI

“Mərkəzi Seçki Komissiyasını (MSK) parlament formalaşdırır”.

KONKRET.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

“Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır”, – deyə o, komissiyanın indiki tərkibinin səlahiyyət müddətinin bu il başa çatması ilə bağlı suala cavabında söyləyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.

(Unikal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*