Milli Qəhrəmanımızın anası koronavirusdan vəfat etdi – FOTObackend

Milli Qəhrəmanımızın anası koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Naiq Yusifovun anası vəfat edib.

KONKRET.az xəbər verir ki, Xədicə Yusifova koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, N.Yusifov 24 mart 1992-ci ildə Tovuz rayonu uğrunda döyüşlərdə yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açıb. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxıb. O, son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edib./unikal/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*