Millimizin futbolçusu ABŞ Liqasında 7-ci qolunu vurdu — VİDEObackend

Millimizin futbolçusu ABŞ Liqasında 7-ci qolunu vurdu — VİDEO

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov “Finiks “Rayzinq” klubunun heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub. 

KONKRET.az– ın məlumatına görə, 29 yaşlı hücumçu bu dəfə “Reno” ilə səfər matçında fərqlənib. Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov bundan 13 dəqiqə sonra komandasının yeganə qolunu vurub. Görüş isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Məğlubiyyətə rəğmən, “Finiks Rayzinq” 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. “Reno” isə 9 oyundan 21 xalla A qrupunda ilk pillədə yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.

report

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*