“Milyonçu”da sürpriz iştirakçı – Oqtay da kim olduğunu biləndə təəccübləndibackend

"Milyonçu"da sürpriz iştirakçı - Oqtay da kim olduğunu biləndə təəccübləndi

Bir vaxtlar “Möhtəşəm Yüzil” serialında Mihrimah Sultan obrazını canlandıran və “Aramızda Qalsın” serialında Yaren rolunda çıxış edən uşaq aktrisa Melis Mutluç məşhur “Kim Milyonçu Olmaq İstəyir?” müsabiqəsinə qatılıb.

KONKRET.az xəbər verir ki, aktrisalıqdan imtina edərək fərqli həyat seçən Mutluç hazırda gündəmdən uzaq qalmağa çalışır.

Melis Mutluç orta məktəb illərində aktyorluq fəaliyyətini dayandırmaq qərarı verib. O, bunu imtahanlara hazırlaşmaq zərurəti ilə izah edib.

Hazırda gözlərdən uzaq həyat yaşayan Mutluç verilişdə uğurlu çıxışı ilə yadda qalıb. O, 300 min TL dəyərində olan tarix sualına cavab verməkdən imtina edərək yarışmadan 200 min TL mükafatla ayrılıb.

Mutluç hazırda İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin 3-cü kurs tələbəsidir. O, demək olar ki, sosial mediadan istifadə etmir./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*