“Milyonluq üzük alacağına, öz borclarını ödəsin” – Müğənni Hadisənin sevgilisi hesabını bağladıbackend

“Milyonluq üzük alacağına, öz borclarını ödəsin” - Müğənni Hadisənin sevgilisi hesabını bağladı

Türkiyəli məşhur müğənni Hadisə ilə evlənməyə hazırlaşan biznesmen Mehmet Dinçerler qəribə addım atıb.

KONKRET.az xəbər verir ki, borclarına görə gündəmdən düşməyən Dinçerler “Instagram” hesabını bağlayıb.

Ötən həftələrdə iş adamının Hadisəyə 3 milyon lirəlik (380 950 AZN) üzük almasına ortağı “Milyonluq üzük aldığına, borclarını ödəsin”, – deyə cavab vermişdi.

Dinçerlerin üç şirkətinin idarə və nəzarət səlahiyyəti məhkəmə tərəfindən təyin olunan qəyyuma həvalə olunacaq. Mehmet Dinçerlər “Instagram” hesabını son günlər barəsində səsləndirilən borc iddialarından sonra bağladığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*