Mingəçevirdə bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Rəsul Rza küçəsi 18 ünvanında baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Cəfərov Elçin Nüsrəddin oğlu yaşayış binasının 5-ci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.