Mingəçevir şəhərində eşidilən partlayış səsləri plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi ilə bağlıdır.
KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov bildirib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq. Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək”, – deyə Anar Eyvazov əlavə edib.