Mingəçevirdə kütləvi dava: Xəsarət alanlar varbackend

Mingəçevirdə kütləvi dava: Xəsarət alanlar var

Mingəçevirdə 5 nəfərin iştirakı ilə kütləvi dava olub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Səməd Vurğun meydanı ərazisində baş verib. Mübahisə və münaqişə nəticəsində 5 nəfər arasında baş verən əlbəyaxa dava zamanı 1994-cü il təvəllüdlü Ucal Əhmədəliyev və 1991-ci il təvəllüdlü Nicat Əsədov müxtəlif  dərəcəli bədən xəsarətləri alıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır və əməli törədən şəxslər müəyyən olunaraq izahatları alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*