Mingəçevirdə kütləvi ZƏHƏRLƏNMƏ – 5-i azyaşlıdırbackend

Mingəçevirdə kütləvi ZƏHƏRLƏNMƏ - 5-i azyaşlıdır

Bu gün axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlardan zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım xidmətinə kütləvi müraciətlər daxil olub.

Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənən sakinlərdən 5-i azyaşlıdır. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Digər 2 nəfərin isə vəziyyəti stabildir.

Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*