Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada öldübackend

Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada öldü

Mingəçevirdə  minik maşınının vurub  ağır xəsarət yetirdiyi 8-ci sinif şagirdi xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki,  hadisə  bir həftə əvvəl şəhərin Gəncə şossesində baş verib. Belə ki, avtobusdan düşüb yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu “Vaz 2107” markalı maşın vuraraq çoxsaylı bədən xəsarətləri yetirib.

Yaralı yeniyetmə koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*