Minifutbol üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.
KONKRET.az-ın xəbərinə görə, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında millimiz yarımfinalda Qazaxıstanı 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.
Komandamız iki dəfə hesabda geri olsa da, əzmkar oyun nümayiş etdirərək qalib gəlməyi bacarıb.
Komandamızın finaldakı rəqibi Bakı vaxtı ilə saat 22:15-də başlayacaq Bolqarıstan – Rumıniya oyununun qalibi olacaq.
