backend

Minskdə toqquşmalar yenidən başladı

Minskin mərkəzindəki İstiqlaliyyət prospektində mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

KONKRET.az xəbər verir ki, insident Milli Təhlükəsizlik Komitəsinin (KQB) binasının qarşısında baş verib. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətdə hərəkət ediblər.

Bununla yanaşı, OMON qüvvələri də İstiqlaliyyət prospektində etirazçıların qarşısını kəsib. Məlumata görə, nə mitinq iştirakçıları, nə də güc strukturlarının əməkdaşları irəli getmir.

Paytaxt Minskin mərkəzindəki 4 metrostansiya bağlanılıb. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*