Misirdə mikroavtobus kanala düşdü – Ölənlər varbackend

Misirdə mikroavtobus kanala düşdü - Ölənlər var

Misirin şimalında yerləşən Dakahlia əyalətində mikroavtobusun aşaraq kanala düşməsi nəticəsində azı 19 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Əhram” qəzeti məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 10-dan çox sərnişin xəsarət alıb.

Yaxınlıqda olan yerli sakinlər köməyə tələssələr də, avtobusdan yalnız bir neçə nəfər sağ çıxa bilib.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün səhvi olub – o, kəskin döngələrin birində idarəetməni itirib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*