“Rusiya və Ukrayna Allahın iradəsi ilə razılığa gəlməli və sülh bağlamalıdırlar”.
KONKRET.az xəbər verir ki, bunu Patriarxal Mədəniyyət Şurasının sədri, Pskov və Porxov mitropoliti Tixon (Şevkunov) deyib.
“Qardaşlar – ruslar və ukraynalılar arasındakı bu döyüşləri həll etmək lazımdır. Baxmayaraq ki, indi ukraynalılar bizə qardaş demirlər, amma əvvəllər bizi qardaş adlandırırdılar… Bizə Allahın iradəsi ilə sülh lazımdır. Bütün bunları ancaq Allah idarə edə bilər”, – deyə mitropolit Tixon bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
