MMA üzrə dünya çempionu öldürülübbackend

MMA üzrə dünya çempionu öldürülüb

Qarışıq əlbəyaxa döyüş üzrə Asiya Çempionu Müslim Omonov kafelərin birində başlayan dava zamanı aldığı zədələr səbəbindən dünyasını dəyişib. 23 yaşlı Omonov kikboksinq üzrə 7 dəfə Özbəkistan çempionu və bir dəfə dünya çempionu olmaqla, MMA üzrə Asiyada ən güclü olmağı bacarmışdı.

KONKRET.az xarci mətbuata istinadən bildirir ki, dünən gecə Daşkəndin Yunusabad rayonunda yerləşən kafelərin birində iki qrup arasında mübahisə düşüb. Gənclər münasibətlərini aydınlaşdırmaq üçün küçəyə çıxıblar və əlbəyaxa davaya başlayıblar. Mübahisənin iştirakçılarından 3 nəfər, o cümlədən Müslim Omonov bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib, amma həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işi açılıb, araşdırma aparılır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*