Bəhlul Mustafazadə yenə əməliyyat olundubackend

Bəhlul Mustafazadə yenə əməliyyat olundu

“Qarabağ”ın və Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Bəhlul Mustafazadə təkrar cərrahi əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli futbolçunun əvvəllər əməliyyat olunan ayağında yenidən narahatlıq meydana gəldiyi üçün həkimlər təkrar cərrahi müdaxiləyə lüzum görüblər.
27 yaşlı müdafiəçinin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.

Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*