MN: Erməni dəstələrinin Xocalı istiqamətində fortifikasiya qurğuları hazırlamaq cəhdlərinin qarşısı alındıbackend

MN: Erməni dəstələrinin Xocalı istiqamətində fortifikasiya qurğuları hazırlamaq cəhdlərinin qarşısı alındı

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*