Hindistan Ukraynada sülhün tezliklə əldə olunmasını dəstəkləyir və münaqişənin həlli üçün istənilən yardımı göstərməyə hazırdır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Kazanda Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib:
“Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə gəlincə, biz müntəzəm olaraq əlaqə saxlayırıq. Daha əvvəl dediyim kimi, biz problemlərin sülh yolu ilə həll edilməli olduğuna inanırıq və sülh və sabitliyin tezliklə bərqərar olmasını tam dəstəkləyirik” .
Modi Rusiyanın BRİKS-ə uğurlu sədrliyini də qeyd edib:
“Mən sabah BRİKS çərçivəsində müzakirələrimizi səbirsizliklə gözləyirəm”, – deyə Hindistanın baş naziri bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az