Möhsin Fəxrizadənin qətlinə görə saxlanılanlar varbackend

Möhsin Fəxrizadənin qətlinə görə saxlanılanlar var

İran hökuməti nüvə alimi Möhsin Fəxrizadənin ölümü ilə bağlı bir neçə nəfəri saxlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu haqda İran parlament sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Əmir Abdullahiyan bildirib.

“Bu cinayətin təşkilində iştirak edənlər və bəziləri xüsusi xidmət orqanlarımız tərəfindən müəyyən olunaraq tutulan şəxslər ədalətdən qaça bilməyəcəklər”, – deyə Abdullahiyan deyib.

Xatırladaq ki, noyabrın 27-də İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadə Tehran əyalətinin Damovənd şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*