Özbəkistanda molla kəbini ilə yaşayan 20,350 ailəyə nikah qeydiyyatı şəhadətnamələri verilib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun məlumatına görə, bu məlumat dünən ailənin gücləndirilməsi ilə bağlı keçirilən Qadın Komitəsinin mətbuat konfransında açıqlanıb.

2018-ci ilin iyul ayından etibarən VVAQ şöbələri şəhər və rayonların rəhbərlərinin müavinlərinin və Qadın Komitələrinin sədrlərinin tabeliyinə keçdi. Bundan sonra respublikada doğum şəhadətnaməsi olmayan 13 478 uşaq aşkar edilmişdi. Onların hamısına doğum haqqında şəhadətnamələr, o cümlədən 21229 nikah qeydiyyatı şəhadətnaməsi, 2163 ölüm şəhadətnaməsi verilib.
Xatırladaq ki, əvvəllər VVAQ ölkənin Ədliyyə Nazirliyinin tərkibində idi.