KONKRET.az xəbər verir ki, Monqolustan Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin müdiri L. Monxtuşiq konsulun dövlət tərəfindən tanınmasını təsdiq edən sənədi – ekzekvaturu.Ukraynanın Monqolustandakı fəxri konsulu T. Monxbata təhvil verib və vəzifəsinin müvəffəqiyyətlə yerinə yetirilməsində ona uğurlar arzulayıb.
Görüşdə fəxri konsulun Monqolustan və Ukrayna arasında əlaqələrin inkişafında və ticari-iqtisadi əməkdaşlıqda rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan əvvəl Monqolustanda Ukraynanın fəxri konsulu yox idi.
Xatırladaq ki, Monqolustan və Ukrayna vizaların qarşılıqlı ləğvi barədə razılığa da gəliblər. Belə ki, noyabrın 8-də Ukraynanın Varşavadakı səfirliyində Ukrayna ilə Monqolustan arasında vizaların qarşılıqlı ləğvi haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən Ukrayna vətəndaşları Monqolustan ərazisinə girmək və qalmaq, bu ölkədən vizasız olaraq 180 gün ərzində tranzit hüququ əldə edəcəklər.
Diplomatik missiya əlavə edib ki, “bu müqavilənin bağlanması Ukrayna və Monqolustan vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və miqrasiya sahəsində hər iki ölkənin mövcud qanunvericiliyinə uyğunlaşdıracaq”.
