Ermənistanın Baş naziri Nikol Paşinyan “Zvartnos” hava limanına çataraq Moskvaya getməyi bacarıb.
KONKRET.az xəbər verir ki, müxalifətçilər hava limanına gedən yolda etiraz aksiyasını başa çatdırıb.
Etirazçılardan biri jurnalistlərə açıqlamasında bildirib ki, Baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq:
“Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və sabah imzaladığı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”.
Xatırladaq ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın Moskvaya gedə bilməməsi üçün “Zvartnots” hava limanına gedən yolu səhər saat 8-dən bağlamışdı.
Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün, habelə ayrı-ayrı Putin-Paşinyan, Putin-Əliyev görüşlərinin keçirilməsi planlaşdırılır.
