Moskvada “Ostankino” teleqülləsində bomba həyəcanı yaşanıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, televiziya qülləsinin partlaması təhlükəsi ilə bağlı anonim məlumat daxil olub:
“Qüllənin ekskursiya bürosu və bilet kassasına partlayıcılar quraşdırıldığı bildirilib. Məlumat yoxlanılır”.
