Moskvada reyd: 370-dən çox miqrant saxlanıldıbackend

Moskvada reyd: 370-dən çox miqrant SAXLANILDI

Moskvada (Rusiya) miqrasiya qanunlarının tətbiqi üçün keçirilən reyd zamanı 370-dən çox şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının Moskva Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

“Rusiya Milli Qvardiyasının Moskva Baş İdarəsinin “Avanqard” xüsusi təyinatlı dəstəsinin üzvləri paytaxt yataqxanalarından birində miqrasiya qanunlarına riayət olunmasına nəzarət əməliyyatı zamanı Rusiya İstintaq Komitəsindəki həmkarlarına güclü dəstək veriblər. Əməliyyat zamanı 370-dən çox miqrant saxlanılıb”, – deyə Mətbuat Xidməti bildirib.

Qeyd olunub ki, saxlanılanlar daxili işlər orqanlarına təhvil veriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*