Moskvadan İrəvana “GÖZ DAĞI” – Bu film ermənilərə elə “od qoyub” ki, tüstüsü İrəvandan görünürbackend

Moskvadan İrəvana “GÖZ DAĞI” - Bu film ermənilərə elə “od qoyub” ki, tüstüsü İrəvandan görünür

 “Moskva anti-erməni siyasətini davam etdirir və İrəvanın maraqlarına toxunmaqla Bakı Ankaranı razı salmağa çalışır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Tevos Arşakyan öz məqaləsində qeyd edir:

“Ermənistan Rusiyadan “hörmətli qonaqları” qəbul etdi – Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin üzvləri bizə qonaq gəldilər. Doğrudur, bizim hakimiyyəti tənqid etdiyi üçün persona non-qrata elan olunan Zatulin İrəvana gələ bilmədi. Ermənilər qonaqları hərarətlə qarşıladılar. “Çoxəsrlik dostluqdan”, “müttəfiqlik münasibətlərindən” danışdıq. Rusiya Kommunist Partiyasından olan deputat Kazbek Taysayev hətta emosiyaya qapılaraq “Ermənistanı Rusiyasız, Rusiyanı isə Ermənistansız təsəvvür etmək olmaz” dedi. Bundan əlavə noyabrın 22-də prezident Putinin də Ermənistana səfər edəcəyini və “hörmətli qonağın” görüşünə hazırlığın sürətlə getdiyini unutmaq olmaz. Kənardan baxanda Ermənistanla Rusiya arasında hər şeyin rəvan getdiyi, “müttəfiqlik”, qarşılıqlı yardım və hörmətin olduğu görünür. Amma əslində ölməkdə olan imperiyanın çürük mahiyyəti bu günlərdə ermənilərə qarşı yenidən özünü büruzə verdi.  Belə ki, noyabrın 9-da VDNX-nin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) “Azərbaycan” pavilyonunda “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş etdirilib. Əldə etdiyimiz məlumata görə, Ermənistanın Rusiyadakı səfirliyi və Rusiya Erməniləri İttifaqı filmin nümayişinə mane olmağa çalışsalar da, hər şey boşa çıxıb” – erməni analitik Rusiyanın İrəvana qarşı addımını xəyanət adlandırıb.

Haşiyə;

“Görünür film nəinki Rusiya ərazisində yaşayan erməni icmasının, həmçinin İrəvan ermənilərinin də hisslərini incidib. Bu filmin nümayiş etdirilməsi ermənilərə elə “od qoyub” ki, tüstüsü hələ İrəvandan hiss olunur”.

“Nəzərə alsaq ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi əslində büdcə strukturudur və Moskva hökumətinin balansındadır, o zaman kompleksin ərazisində anti-erməni filminin nümayişinə icazənin ən yüksək dairələr tərəfindən verildiyini anlamaq çətin deyil. Yəni qərar Kremldə verilib. Moskva anti-erməni siyasətini davam etdirir və Ermənistanın maraqlarına toxunaraq Bakı və Ankaranı razı salmağa çalışır. Moskvada Şuşa ilə bağlı filmin nümayişi Rusiya rəhbərliyinin Ermənistana qarşı növbəti tüpürcəyidir. Və bizim nəinki müvafiq nəticələr çıxarmaq, həm də onları həyata keçirmək üçün vaxtımız çatıb. Odur ki, İrəvanda ruslarla döyüşmək və onları qovmaq lazımdır. Əgər siz Azərbaycanı dəstəkləyirsinizsə, deməli biz sizsiz də birtəhər başımızın çarəsinə baxarıq. Bu gün Rusiyanın Ermənistana ehtiyacı daha çoxdur. Ermənistan vətəndaşlarının əksəriyyəti öz ölkələrini Rusiyasız mükəmməl təsəvvür edirlər” – deyə Tevos Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*