Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Tərəflər söhbət zamanı Ukraynadakı son vəziyyəti və İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqları müzakirə ediblər.
Xatırladaq ki, bu gün axşam saatlarında İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayacaq.
