Mqer Qriqoryandan TƏZADLI AÇIQLAMA – “Bu, sülh müqaviləsi ilə bağlı deyil”backend

Mqer Qriqoryandan TƏZADLI AÇIQLAMA - "Bu, sülh müqaviləsi ilə bağlı deyil"

“Nəqliyyat kommunikasiyalarının blokadadan qaldırılması Ermənistan və Azərbaycan arasında olacaq sülh müqaviləsi ilə bağlı deyil”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Avrasiya Konqresinin kluarlarında jurnalistlərə bildirib.

“9 noyabr bəyanatının strukturundan siz də hiss etməlisiniz ki, bu, müstəqil bənddir və məncə, bu, yalnız iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına aiddir”, – deyə Qriqoryan bildirib.

Baş nazir müavinlərinin kommunikasiyaların bərpası məsələsi ilə bağlı yeni üçtərəfli görüşünün tarixinin müzakirə olunub-olunmaması ilə bağlı suala Qriqoryan belə cavab verib: “Hələlik heç bir razılaşma yoxdur, lakin baş nazirin müavini Overçukla növbəti görüşümün yaxın günlərdə olacağını istisna etmirəm. Üçtərəfli görüşü də istisna etmirəm”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*