MTK: Tacikistandakı forposta hücum edənlər İŞİD-in üzvləri olubbackend

MTK: Tacikistandakı forposta hücum edənlər İŞİD-in üzvləri olub

Bu gecə Tacikistan-Özbəkistan sərhədindəki sərhəd postuna hücum edən yaraqlılar Tacikistanda qadağan olunmuş İslam Dövləti qrupunun üzvləri olub. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tutulan yaraqlıların dindirilməsi zamanı silahlı terror qruplaşmasının noyabrın 3-də Tacikistan və Əfqanıstan dövlət sərhədini qanunsuz keçdiyi məlum olub: “Onlar Əfqanıstanın Kalyai Zol əyalətindən günün qaranlıq vaxtından istifadə edərək xüsusi təyinatla gəlmişdilər. Tacikistanın Xatlon vilayətinin Kubodiyenski mahalında dövlət sərhəd xəttini qeyri-qanuni şəkildə keçən təcavüzkarların hamısı İŞİD-in üzvləridir”.

Məlumatda deyilir ki, hazırda istintaq qrupu araşdırmaları davam etdirir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, noyabrın 6-na keçən gecə, saat 03:23-də Sultanabad sərhəd dəstəsinin hərbi hissəsinin İşkobod şəhərindəki 4 nömrəli sərhəd zastavasına odlu silahdan istifadə edən silahlı dəstə hücum edib. Güc strukturlarının əməliyyatı nəticəsində mühasirəyə alınan silahlı cinayətkar qrupun 15 üzvü zərərsizləşdirilib, onlardan 5-i saxlanılıb və hazırda dindirilir.

Tacikistan sərhəd qoşunlarının komandiri, 25 yaşlı İzatullo Sattorov və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı silahlı atışmada dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*