“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun” – Deputatdan SƏRT TƏNQİDbackend

“Müdafiə naziri arada hospitala gedib orada müalicə olunsun” - Deputatdan SƏRT TƏNQİD

Deputat Aqil Abbas Müdafiə Nazirliyinin Hərbi Hospitalının fəaliyyətini tənqid edib.

KONKRET.az xəbər verir ki, A. Abbas tez-tez mətbuatda qazilərin şikayətlərini gördüyünü bildirib:

“Həmin qazilər hərbi hospitala rayonlardan gəlirlər. Avtobus da işləmir, məcbur taksiylə gəlirlər.5 aydır müharibə bitib. Bəzilərinə hələ də əlillik verilməyib. Hərbi hospitalın da fəaliyyəti qənaətbəxş deyil. Bir resept yazırlar və deyirlər ki, get, dərmanı özün al. Hansı pulla alsın?! Bu insanlara əlillik dərəcəsi belə verilməyib. Məsələn, Daxili İşlər Nazirliyinin hospitalında nəinki polislər, onların ata- anası da oradan istifadə edə bilirlər. Ancaq bizim hərbi hospital deyir ki, get özün müalicə al. Hansı pulla alsınlar?”, – deyə A.Abbas etiraz edib.

Müdafiə Nazirliyi ən çox vəsait ayrılan təşkilatdır. Üstəgəl, ora vətəndaşlar tərəfindən ianələr də olur. Niyə Müdafiə Nazirliyinin hospitalı qazilərlə ciddi məşğul olmur? O boyda hospital tikilib.

Niyə bu cür hospitalda müalicə əvəzinə qazilərimizi xaricə göndərirlər? Deməli, orada həkim korpusunu gücləndirmək lazımdır. Müdafiə nazirindən xahiş edirəm ki, arada hospitala gedib orada müalicə olunsun”.

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*