Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı TƏKZİB ETDİbackend

Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı TƏKZİB ETDİ

“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*