Müəllim ocağın isti dəmiri ilə şagirdlərə işgəncə verdi – FOTObackend

Müəllim ocağın isti dəmiri ilə şagirdlərə işgəncə verdi – FOTO

Türkiyənin Siirt bölgəsində 3 şagirdə sobanın isti dəmiri ilə işgəncə verən müəllim həbs olunub.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə adıçəkilən bölgənin Şirvan kəndində yerləşən orta məktəbində baş verib.

Müəllim 7 yaşlı B.Ç. ilə 9 yaşlı Ç.G. və M.Ç.-nin bədəninə sobanın isti dəmiri ilə şiddət tətbiq edib.

Bunu öyrənən Təhsil İdarəsi dərhal Milli Təhsil Müdirliyinə bildirib.

Müəllim həbs edilib və barəsində araşdırma başladılıb.

Valideynlər isə övladlarına işgəncə verən şəxslə bağlı şikayət edəcəklərini bildiriblər.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*