“Müharibə cinayətidir” – İsrail də Buçadakı qətliama görə Rusiyaya QARŞI ÇIXDIbackend

"Müharibə cinayətidir" - İsrail də Buçadakı qətliama görə Rusiyaya QARŞI ÇIXDI

İsrailin xarici işlər naziri Yair Lapid Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərindən geri çəkilərkən törətdikləri qətliamla bağlı bəyanat yayıb.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, o, Rusiya ordusunun etdiklərini cinayət adlandırıb:

“Rusiya ordusunun çıxarılmasından sonra Kiyev yaxınlığındakı Buça şəhərindən gələn dəhşətli görüntülərə biganə qalmaq mümkün deyil. Mülki əhaliyə qəsdən zərər vurmaq müharibə cinayətidir və mən bunu qətiyyətlə pisləyirəm”.

Qeyd edək ki, İsrail Rusiya-Ukrayna müharibəsində bitərəf qalmağa üstünlük verən ölkələrdəndir.

Xatırladaq ki, Ukraynanın Buça şəhəri bir neçə gün öncə işğaldan azad edilib. Şəhərə daxil olan Ukrayna hərbçiləri dəhşətli mənzərə ilə üzləşiblər. Məlumata görə, hərbçilər dinc sakinlərin əlləri arxadan bağlanılmış meyitlərini tapıblar. Onların bədənlərində işgəncə izləri aşkarlanıb. Rusiya ordusu Buçadan çıxarkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililəri, infrastruktur obyektlərini və digər əraziləri minalayıb. Qətliamı ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı kəskin qınayıb. Fransa Prezidenti Emmanuel Makron Rusiyanın bu cinayətə görə, mütləq cavab verəcəyini bildirib.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*