Müharibədə əlil olmuş ermənilərlə bağlı məlumat AÇIQLANDIbackend

Müharibədə əlil olmuş ermənilərlə bağlı məlumat AÇIQLANDI

Ötən ilin 27 sentyabrından Ermənistanda ikinci Qarabağ müharibəsində iştirak etmiş 457 nəfər əlilliyin müəyyən olunması üçün müvafiq orqanlara müraciət edərək müayinədən keçib.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Məsələləri Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, onlardan 368-i əlil kimi qeydiyyata alınıb.

“65 nəfər birinci qrup, 119 insan ikinci, 184 nəfər üçüncü qrup əlillik alıb”, – deyə nazirlikdən bildirilib.

Cari ilin 10 fevralına qədər 66 nəfərin yuxarı və aşağı ətrafların protezlənməsinə ehtiyac var”, – məlumatda əlavə olunur.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş və ya xəsarət almış hərbçilərin sayını hələ açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*