“Suqovuşan oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər anbara o tərəfdən baxsanız, sol tərəfdə onların postları var idi. Biz sonra onları oradan məcburən çıxartdıq, çünki oradan çıxmaq istəmirdilər. Çünki oranı götürmək çox çətin idi və çox itkilər hesabına ola bilərdi”.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində deyib.
“Bəlkə də ən ağır istiqamətlərdən biri də Talış-Suqovuşan istiqaməti idi. Burada həm minalar çox idi, həm bunların güclü istehkamları, həm də ki, bu dağlar öz-özlüyündə bir istehkamdır”, – dövlət başçısı bildirib.
Azərbaycanda uzaq başı 150-200 min Rus yaşasın amma Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır heç Azərbaycanlıların öz ana dilində öz məktəbləri yoxdur.200 min Rus üçün 500 dən artıq Rusdilli məktəb özüdə Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən.Bu onu göstərir ki Azərbaycan məmurları Rusun tulası olub yenə də rusun tulasıdır.Bizim milləti o,qədər alçaq hesab edirlər ki öz dövlətimizdə bizim ilə rusca danışırlar amma biz Rusiyada onlara Azərbaycan dilində söz soruşsaq biz deyərlər bu qoyun haradan gəlib.Nə isə bizi qəbirdə düzəltməyəcək ….