Müharibəni dayandıra biləcək DAĞIDICI SANKSİYALAR – Yermak açıqladıbackend

Müharibəni dayandıra biləcək DAĞIDICI SANKSİYALAR - Yermak açıqladı

Rusiyanın Ukraynaya qarşı müharibəsini ancaq daha sərt sanksiyalar dayandıra bilər. Zelenski onları dağıdıcı sanksiyalar adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında yazıb.

Yermak Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra biləcək dağıdıcı sanksiyaları sadalayıb.

  • “Qərb tərəfdaşlarımızla ünsiyyətdə həmişə deyirəm ki, dağıdıcı sanksiyalar müharibəni dayandıra bilər. Ukrayna Prezidenti və onun komandası sanksiyalar məsələsində maksimalistdir”, – Yermak deyib.

O, Ukraynanın konkret nəyə ehtiyacı olduğunu izah edib.

  • “Təkcə sanksiyalara məruz qalmış bankların deyil, bütün Rusiya banklarının qlobal maliyyə sistemindən ayrılması vacibdir və “Qazprombank”ı da unutmamaq lazımdır”, – deyə Yermak bildirib.

Həmçinin, Ukrayna hakimiyyəti rus gəmiləri üçün demokratik dünya limanlarının tamamilə bağlanmasında və istənilən formatda neft embarqosunda israrlıdır.

  • “Rusiya nefti ilə ticarətə tam qadağa və ya tədarük olunan neft üçün Rusiyaya pul köçürməsinə qadağa tələb edirik”, – o vurğulayıb.

PA-nın rəhbəri həmçinin vurğulayıb ki, qaz embarqosu qaçılmaz olmalıdır.

“Avropa İttifaqı həqiqətən də Rusiya qazının alışını azaltmağa başlamalıdır. Bu, onlar üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bu, nə qədər tez başlasa, Rusiyanın növbəti təcavüzü nəticəsində Aİ ölkələrinin itkiləri bir o qədər az olacaq”,- deyə Yermak qeyd edib.

Bundan əlavə, o bildirib ki, Qərb liderləri Qərb şirkətlərini Rusiya Federasiyasını tərk etməyə təşviq etmək üçün düzgün sözlər tapmalıdırlar.

  • “Bizə Rusiya ilə nəqliyyat əlaqələrinin və ixracının maksimum məhdudlaşdırılması lazımdır. Rusiya vətəndaşları üçün maksimum viza məhdudiyyətlərinə ehtiyacımız var”, – Yermak bildirib.

Onun sözlərinə görə, Rusiyanı yalnız sərt hərəkətlər dayandıra bilər.

  • “Çünki bu, onların başa düşdüyü yeganə dildir”,- Yermak deyib.

Xəbər verdiyimiz kimi, aprelin 6-da Qərb dövlətləri Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi elan ediblər.

Prezident Volodimir Zelenski bildirib ki, Donbasda yeni qanlı hadisələrin qarşısını almaq üçün həqiqətən daha kəskin məhdudlaşdırıcı tədbirlər paketi tətbiq etmək lazımdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*