Özbəkistan Ukraynada hərbi əməliyyatların və təcavüzün əleyhinədir.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Respublika Senatının plenar iclasında deyib.
Əbdüləziz Kamilov bildirib ki, Özbəkistan Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımır və Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasının tərəfdarıdır.
“Özbəkistan Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Donetsk və Luqansk Xalq Respublikalarını tanımırıq”, – deyə o bildirib.
Özbəkistan xarici işlər nazirliyinin rəhbəri izah edib ki, ölkə tarixən həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malikdir, ona görə də münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
“Özbəkistanın həm Rusiya, həm də Ukrayna ilə tarixən yaxşı və çoxşaxəli münasibətləri olub, buna görə də münaqişənin sülh müqaviləsi və siyasi-diplomatik yollarla həllinə ümid edir. Bunun üçün, ilk növbədə, düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”, – deyə diplomat çağırış edib.
Xuraman Etibarlı,
KONKRET.az
