Müharibəyə hazırlaşan VOMA təşkilatı ermənilərə MÜRACİƏT ETDİ – VİDEObackend

Müharibəyə hazırlaşan VOMA təşkilatı ermənilərə MÜRACİƏT ETDİ - VİDEO

Müharibəyə hazırlaşan VOMA təşkilatı yeni video paylaşaraq ermənilərə müraciət edib.

KONKRET.az xəbər verir ki, peşəkar hərbçi və veteranlar tərəfindən yaradılan erməni qeyri-hökumət təşkilatı (VOMA) ikinci müdafiə xəttində GMBET-2 bunkerlərinin tikintisini davam etdirdiklərini bildirir.

“Düşməndən təhlükəsiz hərəkət etmək üçün bütün səngərlər etibarlı şəkildə möhkəmləndiriləcək və yuxarıdan örtüləcək.

Atəş nöqtələrində artıq yekunlaşdırma işləri aparılır və sonda onların üzəri 2-3 metr torpaqla örtüləcək.

Bir  “GMBET-2″ bunkerinin qiyməti – 2300 dollardır. Sərhədin müxtəlif istiqamətlərində hər ay 40 belə məntəqə tikməyi planlaşdırırıq.

Bunun üçün sizlərin dəstəyinizə ehtiyacımız var. 1840 nəfər 50 dollardan pul göndərsə, işlərimizi yekunlaşdırarıq. Sərhədlərimizdə heç kim dayanmasa, türklər gəlib buranı tamamilə ləkələyəcəklər”, – deyə təşkilat çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*